Tiktoker Arzum 5 il 2 ay həbs cəzasına məhkum edib
Bakıdakı məhkəmə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən tiktoker İlduzə Hacıyevanı ("Arzum") 5 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, Hacıyeva yol hərəkəti qaydalarını pozaraq ölümə səbəb olmaqda və hadisə yerini tərk etməkdə təqsirli bilinib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və hökm elan edildikdən sonra məhkəmə zalında həbs olunub.
Məhkəmədə son sözlə çıxış edən Hacıyeva özünü təqsirli bilmədiyini bildirib. O, qəzanın baş verməsində günahkar olmadığını deyərək bəraət gözlədiyini ifadə edib.
Məhkəmə cinayətin ağır nəticələrini və zərərçəkmiş tərəflə barışığın əldə olunmamasını cəzanın yüngülləşdirilməsinə imkan verməyən hallar kimi qiymətləndirib.
Hadisə 2025-ci ilin iyununda Bakının Mərdəkan qəsəbəsində baş verib. İstintaqın məlumatına görə, Hacıyevanın idarə etdiyi "Changan" markalı avtomobil dönmə manevri edərkən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində həlak olub, sərnişin Sənubər Muradova ağır xəsarətlər alıb. İttihama görə, Hacıyeva qəza yerini tərk edərək həmin gün Almaniyaya gedib. O, məhkəmə prosesi boyunca ittihamları qəbul etməyib.
Aytac Zeynalova
Mənbə: anews.az