Image

Füzulidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

 

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.

Rayonun Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Hövsanda su kəsiləcək