Image

Qasım-Jomart Tokayev və Vladimir Putin Bişkekdə görüşüb

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ŞƏT sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə qazaxlar və ruslar arasında tarixi baxımdan ciddi münaqişələrin olmadığını bildirib.

"Tariximizdə dinlərarası münasibətlər və ya hər hansı siyasi əlaqələr baxımından qazaxlar və ruslar arasında heç vaxt münaqişə olmayıb", – deyə Tokayev qeyd edib. Qazaxıstan lideri iki xalqın qarşılıqlı əlaqələrinin əsrlər boyu formalaşdığını, keçmişdəki fikir ayrılıqlarının isə əsasən ayrı-ayrı təsərrüfat mübahisələri ilə məhdudlaşdığını vurğulayıb.

Vladimir Putin öz növbəsində Rusiya ilə Qazaxıstan arasındakı münasibətlərin bu gün də bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar prinsipi əsasında inkişaf etdiyini diqqətə çatdırıb.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Hövsanda su kəsiləcək