Image

Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı 289-a çatıb

Dövlət Turizm Agentliyi daha 11 hotelə ulduz kateqoriyası verib və bununla da Azərbaycanda ulduz kateqoriyalı hotellərin ümumi sayı 278-dən 289-a yüksəlib.

Yeni kateqoriya alan hotellərdən ikisi 4 ulduzlu, altısı 3 ulduzlu, biri 2 ulduzlu, ikisi isə 1 ulduzlu kateqoriyaya aid edilib.

Hazırda ölkədə 24 hotel 5 ulduzlu, 46 hotel 4 ulduzlu, 104 hotel 3 ulduzlu, 82 hotel 2 ulduzlu, 33 hotel isə 1 ulduzludur.

Ulduz kateqoriyalı hotellərin 201-i Bakıda yerləşir. Bu, ölkə üzrə ümumi göstəricinin təxminən 70%-ni təşkil edir.

Beləliklə, Azərbaycanda ulduz kateqoriyalı hotellərin təxminən hər 10-dan 7-si paytaxtın payına düşür.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Hövsanda su kəsiləcək