Image

8 ayda işçilərə 517 min manatdan çox gecikdirilmiş ödəniş verilib

 

Bu ilin yanvar-avqustunda işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən 517,1 min manat vəsaitin ödənilməsi təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, araşdırmalar zamanı sosial xarakterli ödənişlərin gecikdirilməsi halları müəyyən olunub.

Görülən tədbirlər nəticəsində 517 139 manat vəsait işçilərə ödənilib. Həmin məbləğin 90%-ni əməkhaqqı, 10%-ni isə zərərə görə ödənc, müavinət və kompensasiyalar təşkil edib.

Eyni zamanda, müraciətlərin araşdırılması zamanı 65 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlər nəticəsində həmin 65 işçi əvvəlki iş yerlərinə bərpa olunub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti