Image

Qətərin Baş naziri sabah Çinə səfər edəcək

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani sentyabrın 7-8-də Çinə səfər edəcək.Bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Çin rəsmiləri ilə görüşlər keçirəcək. Tərəflər iki ölkə arasında strateji münasibətlərin inkişaf etdirilməsi, həmçinin iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Görüşlərdə, həmçinin regional vəziyyət, gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səylər müzakirə olunacaq.

Tərəflərin Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyi və azadlığının təmin edilməsinin vacibliyini də vurğulayacağı bildirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb