Image

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1 355-ə çatıb

 

Avqustda Nepala təsir edən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 1 355 nəfərə çatıb.

EFE-nin bazar ertəsi Nepal hakimiyyətinə istinadən yaydığı məlumata görə, daha əvvəl təbii fəlakət nəticəsində 1 287 nəfərin öldüyü bildirilmişdi.

Təxminən 5 000 nəfər, o cümlədən yüzlərlə əcnəbi hələ də itkin hesab olunur. Hərbçilərin də daxil olduğu 21 mindən çox şəxsin iştirakı ilə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Nepalda bazar ertəsi milli matəm günü elan olunub. Bu çərçivədə hökumət binalarında dövlət bayraqları yarıya endirilib.

Təbii fəlakət avqustun 26-da Nepalın şimalında baş verib. Qəfil daşqınlar buzlaq uçqununa səbəb olub, süxurların çökməsi nəticəsində palçıq sürüşməsi yaranıb. Bunun ardınca Nepal-Çin sərhədindəki Rasuvagadhi keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə yerləşən Lhende Khola çayı boyunca güclü su axını baş verib.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti

Putin Əliyevə zəng edib