Image

Banklardan kənarda nə qədər pul var? - RƏQƏMLƏR

Azərbaycanda banklardan kənarda 15,9 milyard manatdan artıq pul var.

Gundem.az xəbər verir ki, 2024-cü ilin avqustun 1-də Azərbaycanda geniş mənada 44,92 milyard manatdan çox pul mövcuddur. Bunun 35,4 faizi banklardan kənarda olan nağd puldur.

Son bir ildə banklardan kənarda olan nağd pulun məbləği 1,18 milyard manata yaxın artıb. Bir il əvvəl kənarda olan nağd pulun məbləği 14,73 milyard manat idi.

Qeyd edək ki, Azərbaycanda pulun çox hissəsi banklarda depozit şəklində saxlanılır.  (Sfera.az)

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb