Image

İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən və 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, faktla bağlı dərhal cinayət işi başlanılıb.

İlkin araşdırmalar nəticəsində hadisədə təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılıb.

Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.

Mənbə: baku.ws

Xəbər lenti

Paşinyan Fransaya gedib

Gəncədə avtomobil yanıb