İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.
Hadisə nəticəsinə 10 nəfərin yaralandığı, 8 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.
Baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb.
***15:48
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 6-ya çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.
Qeyd olunub ki, son rəqəmlərə görə, 3-ü ağır olmaqla 13 nəfər yaralanıb. 8 nəfərin isə dağıntılar altında axtarışları davam etdirilir.
***15:06
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 3-ə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.
Qeyd olunub ki, 3-ü ağır olmaqla 14 nəfər isə yaralanıb.
Həmçinin partlayış nəticəsində yaranan dağıntılar altında 10 nəfərin qaldığı bildirilir.
Mənbə: baku.ws