Image

Bu gecə COP29-da iştirak etmək üçün Bakıya gələn LİDERLƏR – SİYAHI

Məlum olduğu kimi, bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) start verilir.

Bizim.Media xəbər verir ki, bu gün gecə saatlarında daha bir neçə ölkənin və təşkiların rəhbərləri COP29-da iştirak etmək üçün ölkəmizə səfər ediblər. Həmin şəxslərin siyahısını təqdim edirik:

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev; Belçika Krallığının Baş naziri Aleksandr De Kro; Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel; Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Baş katibi Kayrat Sarıbay; Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb; Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç. Qeyd edək ki, COP29 konfransı 11-22 noyabr tarixlərində keçiriləcək.

Xəbər lenti

Kiyevdə matəm elan edilib