"Azərkosmos" 5 ayda 10,8 milyon dollarlıq telekommunikasiya xidməti göstərib
2026-cı ilin yanvar–may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") dünyanın 33 ölkəsindən 90-a yaxın şirkətə 10,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri göstərib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilib.
Hesabat dövründə "Azərkosmos"un ümumi gəlirlərinin 63%-i ixrac əməliyyatlarının payına düşüb. Xidmətlərin əsas ixrac bazarları Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan, İsveç və Misir olub.
Yanvar–may aylarında peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beş ölkə Birləşmiş Krallıq (1,8 milyon ABŞ dolları), Lüksemburq (1,3 milyon ABŞ dolları), Türkiyə (490 min ABŞ dolları), Pakistan (486 min ABŞ dolları) və İsveç (187,2 min ABŞ dolları) olub.
Gülnar Nazimqızı
Mənbə: anews.az