Image

Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb

2026-cı ilin yanvar-may aylarında Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% artaraq 575,1 milyon ABŞ dollarına çatıb.

Rəsmi məlumatlara görə, hesabat dövründə aqrar məhsulların ixracı 25,2% artaraq 414,5 milyon ABŞ dolları təşkil edib.

Eyni zamanda, aqrar-sənaye məhsullarının ixracı daha yüksək dinamika nümayiş etdirərək 39% artıb və 160,5 milyon ABŞ dollarına yüksəlib.

Gülnar 

Mənbə: anews.az

Xəbər lenti

Nurlana Əliyeva vəfat edib

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb