Image

Naxçıvanın bəzi yerlərində qaz kəsiləcək

Bu gün Naxçıvanın bəzi yerlərində qaz təchizatı dayandırılacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan işlər yekunlaşanadək Şərur rayonunun Axaməd, Maxta və Kərimbəyli kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanadək isə Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: anews.az

Xəbər lenti

Abbasəli Novruzov vəfat etdi