Image

Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərib

ABŞ Dövlət Departamenti Azərbaycanın “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi çərçivəsində ABŞ yardımına tətbiq olunan məhdudiyyətlərdən azadolma müddətinin uzadılması barədə Konqresə məlumat verib.

Dövlət Departamenti bununla bağlı sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

1992-ci ildə qəbul edilən 907-ci düzəliş Azərbaycan hökumətinə ABŞ yardımının göstərilməsini məhdudlaşdırır. 2001-ci ildə Konqres prezidentə bu məhdudiyyətlərdən imtina etmək səlahiyyəti verib.

Həmin vaxtdan ABŞ prezidentləri 907-ci düzəliş üzrə azadolmanı hər il uzadır və bu barədə Konqresə məlumat verirlər.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Qubada zəlzələ olub