Image

Azərbaycan daha bir yarışın ev sahibi olacaq

Bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcək.

Bu barədə  Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Belə ki, Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.

Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub

Mənbə: anews.az

Xəbər lenti

Abbasəli Novruzov vəfat etdi