Rusiya ordusu Odessa vilayətində elektrik yarımstansiyasını vurub
Rusiya qoşunları Ukraynanın bir neçə logistika və liman infrastruktur obyektini hədəfə alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiyev regionundakı “Eko-Avtotexniks” logistika mərkəzinə zərbə endirilib.
Bundan əlavə, Rusiya MN Yujnıy limanında bir yük daşıyan gəminin məhv edildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, Çornomorsk limanında bir yük daşıyan gəmi, hərbi texnikanın saxlandığı anbar və yanacaq ötürmə terminalı vurulub.
Odessa vilayətinin Mirnoe yaşayış məntəqəsindəki Novoodesskaya elektrik yarımstansiyası bombalanıb.
Mənbə: anews.az