Image

PISA nəticələrini açıqlandıqdan sonra təhlil edəcəyik - Elnur Əliyev

Azərbaycan PISA beynəlxalq qiymətləndirməsinin növbəti nəticələri sentyabrın 8-də açıqlanandan sonra şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ətraflı təhlil edəcək. Bunu Təhsil İnstitutunun müvəqqəti direktoru Elnur Əliyev bildirib. Əliyevin sözlərinə görə, əsas göstəricilərdən biri müxtəlif bacarıq səviyyələri üzrə şagirdlərin nəticələrinin yaxşılaşıb-yaxşılaşmaması olacaq. “Biz də sentyabrın 8-də nəticələrin elan olunmasını gözləyirik. Nəticələr açıqlandıqdan sonra bununla bağlı daha geniş brifinq və məlumatlandırma olacaq”, - Əliyev PISA ilə bağlı təqdimat zamanı deyib. O bildirib ki, nəticələrin açıqlanmasından sonra oxu, riyaziyyat və təbiət elmləri üzrə ayrı-ayrı alt bacarıqlar təhlil ediləcək və şagirdlərin hansı istiqamətlərdə çətinlik çəkdiyi müəyyənləşdiriləcək. Əliyevin sözlərinə görə, təhlil eyni zamanda Azərbaycanın hansı istiqamətlərdə daha yaxşı nəticə göstərdiyini və buna hansı amillərin təsir etdiyini müəyyənləşdirməyə imkan verəcək. PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən keçirilən beynəlxalq qiymətləndirmə proqramıdır və 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını qiymətləndirir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Çində zəlzələ olub

Çində zəlzələ olub