Image

ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır - Vens

ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranda toy mərasiminə zərbə endirilməsi ilə bağlı məlumatları hərtərəfli araşdırdığını bildirib və İranın yaydığı məlumatların doğruluğuna şübhə ilə yanaşdığını deyib.Vens bunu Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə söyləyib.

“Biz bunu hərtərəfli şəkildə araşdırırıq”, - Vens deyib.

O bildirib ki, ABŞ hərbi əməliyyatlar zamanı dinc sakinləri hədəf almır və belə bir addım atmayacaq.

“Təəssüf ki, bəzən belə şeylər baş verir”, - vitse-prezident əlavə edib.

Daha əvvəl İran ABŞ-nin ölkənin cənubundakı Sirik şəhərində toy mərasiminə zərbə endirdiyini və nəticədə beş nəfərin öldüyünü bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Çində zəlzələ olub

Bitkoin bahalaşıb