Image

MİDA: 12 minə yaxın ailə mənzillə təmin olunub

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri üzrə indiyədək 12 minə yaxın ailə güzəştli mənzillə təmin edilib.

MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Agentliyin 11-ci güzəştli mənzil layihəsi üzrə satış həyata keçirilir.

O qeyd edib ki, MİDA-nın layihələri təkcə Bakı şəhəri ilə məhdudlaşmır. Agentliyin fəaliyyəti ölkənin müxtəlif regionlarını da əhatə edir.

Hazırda Bakının Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində MİDA layihələri icra olunur.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq

Bu ərazilərdə qaz olmayacaq