Image

Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb

Azərbaycanda həkimlərin ümumi sayı 2026-cı ilin əvvəlinə 34,776 nəfər təşkil edərək bir il əvvəllə müqayisədə 1,3% azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

2025-ci ilin əvvəlində ölkədə 35,233 həkim fəaliyyət göstərib.

Ən kəskin azalma psixiatr və pediatrların sayında qeydə alınıb. Psixiatrların sayı 12% azalaraq 400-dən 352-yə, pediatrların sayı isə 10,8% azalaraq 3,670-dən 3,274-ə düşüb.

Terapevtlərin sayı 6,9% azalaraq 8,910-dan 8,294-ə, cərrahların sayı 4,8% azalaraq 3,722-dən 3,543-ə enib.

Nevropatoloqların sayı 3,5% azalaraq 1,002-dən 967-yə, ginekoloqların sayı isə 2,4% azalaraq 1,968-dən 1,920-yə düşüb.

Müqayisə olunan ixtisaslar arasında yalnız oftalmoloqların sayı artıb. Onların sayı bir il ərzində 3,4% artaraq 968-dən 1,001-ə çatıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti