Image

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sentyabrın 25-də Bakının bəzi ərazilərində qaz olmayacaq.Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsində, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsində və Binə Atçılıq yaşayış massivində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mənbə: anews.az

Xəbər lenti