Image

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mihai Popşoyla görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Görüşdə Azərbaycan-Moldova strateji tərəfdaşlığının gündəliyi nəzərdən keçirilib, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT və ATƏT çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Mənbə: anews.az

Xəbər lenti