Güclü külək Bakıda fəsadlar törədib
Güclü külək Bakıda fəsadlar törədib.
"Report"un məlumatına görə, hadisə paytaxtın Suraxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, küləyin təsiri nəticəsində iri gövdəli ağac aşıb. Ağac yaxınlıqda park edilmiş minik avtomobilinin üzərinə düşüb. Hadisə zamanı ərazidən keçən qaz xətti də zədələnib.
Aidiyyəti qurumların əməkdaşlarının hadisə yerinə cəlb olunduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az