Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,56 ABŞ dolları və ya 6,1 % azalaraq 100,9 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Mənbə: anews.az