İqtisadiyyatda ən çox böyümə bu sahələrdə qeydə alınıb - ADLAR
Bu il Azərbaycan iqtisadiyyatında ən sürətli böyümə xidmət sahələrində qeydə alınıb.
Gundem.az xəbər verir ki, ilk 7 ay ərzində ölkəmizdə ümumi daxili məhsul (ÜDM) istehsalı 4,5 faiz artıb, amma xidmət sektorlarında böyümə sürəti daha yüksək olub. Daha yüksək böyümə nəqliyyat sahəsində baş verib. Burada 16,2 faizlik real artım qeydə alınıb.
Tikintidə də böyümə sürəti güclüdür. Yeddi ay ərzində tikintidə 15 faiz böyümə baş verib. İnformasiya və rabitə sahələrində 12,6 faiz, turizm və ictimai iaşə sahələrində 10 faiz böyümə müşahidə edilib.
İstehsal sahələrində isə böyümə sürəti zəif olub. Yalnız emal sənayesində (7,2 faiz), su təchizatı, tullantıların təmizlənməsi və emalında (9,7 faiz) artım güclüdür. Qalan istehsal sahələrində artım 0-2 faiz intervalında dəyişib.