Bakının bu ərazisində zibili küçəyə atırlar - İyrənc görüntülər - VİDEO
Bakının Xəzər rayonunda zibil qutuları yoxdur.
Bu barədə sakinlər BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.
Qeyd edilir ki, Atçılıq adlanan ərazidə sakinlər zibillərin küçəyə atırlar. Çünki burada zibil qabları qoyulmur. Küçəyə atılan zibilləri isə heç kim təmizləmir. Bu səbəbdən də, ərazidə antisanitariya hökm sürür.
Sakinlər deyir ki, bu barədə dəfələrlə şikayət olunsa da, maraqlanan olmayıb.
BAKU.WS