"Real" altıncı dəfə UEFA Superkubokunun qalibi olub - VİDEO
İspaniyanın "Real" klubu UEFA Superkuboku uğrunda matçda İtaliyanın "Atalanta" klubunu 2:0 hesabı ilə məğlub edib.
Görüş Varşavadakı Milli stadionda baş tutub.
Qaliblərin heyətində Federiko Valverde (60-cı dəqiqə) və Kilian Mbappe (68) fərqləniblər.
"Real" altıncı dəfə UEFA Superkubokunun sahibi olub və yeni rekorda imza atıb.
BAKU.WS