"Sumqayıt" heyətinə braziliyalı futbolçu cəlb edib
"Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.
BAKU.WS klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Alan Diasla 1+2 illik müqavilə imzalanıb.
25 yaşlı braziliyalı müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisi bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.
BAKU.WS