"Bayer 04" almaniyalı futbolçu ilə yeni müqavilə BAĞLADI
Almaniyanın "Bayer 04" klubu futbolçusu Robert Andriçlə yeni müqavilə bağlayıb.
Gundem.az Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Əvvəlki sözləşmənin müddəti 2026-cı ilin yayında başa çatacaqdı.
Qeyd edək ki, R.Andriç 2021-ci ildən "Bayer 04" klubunun formasını geyinir. Ötən mövsüm 45 matçda iştirak edən yarımmüdafiəçi 6 qola, 5 məhsuldar ötürməyə imza atıb. Leverkuzen klubu 2023/2024 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.