Image

"Qarabağ" yeni qapıçısını "Dinamo" ilə oyunlar üçün iştirak ərizəsinə daxil edib

"Qarabağ" yeni qapıçısı Mateuş Koxalskini UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 24 yaşlı qolkiper Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşlərdə iştirak edə biləcək.

"Köhlən atlar" avqustun 15-də polşalı oyunçu ilə 3+1 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

BAKU.WS

Xəbər lenti

Sahibə Qafarovaya ağır itki