Çin maşınları niyə ucuzdur? - İZAH
Əksəriyyət Çin avtomobillərinin ucuz olduğunu, keyfiyyət göstəricisi ilə bağlı qərarsızlığını ifadə edir.
Gundem.az-ın məlumatına görə, texnobloger Fərid Pərdəşünas bunun səbəblərini izah edib.
Onun sözlərinə görə, bir çoxları düşünür ki, bu avtomobillər 10 il istifadə edilsin, özünü sübut etsin, sonra alarıq:
“Amma burada belə bir məqam var. O da Çin brendlərinin marketinq strategiyasında gizlənir. Yəni Çin avtomobili 10 il sonra bazarda öz sözünü deyəndə, artıq onu əlverişli qiymətə ala bilməyəcəksiniz. Elə alman, yapon avtomobili qiymətinə olacaq. Necə ki, bir zamanlar "Xiaomi" bunu smartfon bazarında etdi. İllərlə çox az marja və ümumiyyətlə reklama ayıracağı büdcəni istifadəçiyə endirim olaraq verməklə biznes model formalaşdıran brend, indi bazarda böyük pay sahibi olduğu üçün flaqman seriyası "iPhone"dan belə bahadır. Eyni aqibət avtomobil sektorunu da gözləyir”.
Texnobloger qeyd edib ki, ya risk edib, endirimli qiymətdən faydalanmaq lazımdır, ya da 10 il sonra daha baha qiymətə alacaq istifadəçilərdən olmaq:
“Təbii ki, ümumiyyətlə, almamaq da olar. Bunu Çin maşınlarını tərifləmək üçün demirəm, sadəcə onların daha ucuz olma səbəblərindən birini izah edirəm”. (Sfera.az)