Alen Delon itlərinin yanında DƏFN OLUNACAQ
Ötən gün dünyasını dəyişən məşhur fransız aktyor Alen Delon itlərinin yanında dəfn olunacaq.
Gundem.az xəbər verir ki, aktyor yaşadığı yerdə-Fransanın şimalındakı Duşi kommunasında itlərinin yanında torpağa tapşırılacaq.
Delonun sağlığında heyvan haqları müdafiəsiçisi olduğu və 50-dən çox itə sahiblik etdiyi bildirilir.
Qeyd edək ki, aktyorun dəfn mərasimi bu həftə baş tutacaq. Onun dəfn ediləcəyi ərazidə isə indiyədək sahibləndiyi 35 it dəfn edilib. (Sfera.az)