Image

"Barselona"da növbəti gərginlik: Ulduz futbolçu yerlibazlıq edir

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen 5 aylıq zədədən sağaldıqdan sonra meydanlara qayıtmağa hazırdır.

Gundem.az xəbər verir ki, lakin bəzi komanda yoldaşları bu fikirdə deyil. Bu barədə "El Nacional" məlumat yayıb.

Robert Levandovski başda olmaqla bir sıra oyunçular onun əsas heyətdə yer almasına qarşı çıxıblar. Onlar baş məşqçi Hans-Diter Flikdən Voyçex Şesnini bir nömrəli rolda saxlamağı xahiş edirlər. Polşalı qapıçı inamlı oyunu, liderliyi və müdafiə ilə mükəmməl qarşılıqlı əlaqəsi ilə komanda yoldaşlarını heyran edib.

O qapıda durduğu oyunlarda "Barsa" uduzmayıb. Şesni tez bir zamanda etibar qazanıb və Flikin sisteminin əvəzsiz bir hissəsinə çevrilib.

Almaniyalı məşqçi üçün vəziyyət asan deyil. Ter Ştegen kapitandır və son illərdə klubun simvollarından birinə çevrilib. O, 400-dən çox matç keçirib və çox sayda titul qazanıb.

Qeyd edək ki, Robert Levandovski Voyçex Şesni ilə həmyerlidir. Onlar uzun illər Polşa millisində birgə çıxış ediblər. /Publika.az

Xəbər lenti

İrem ana olacaq - FOTO