Sərdar Ortaçın 10 aylıq həbs qərarı təxirə salındı
Qeyri-qanuni mərc oyunlarını reklam etmək və insanları təşviq etmək ittihamı ilə mühakimə olunan müğənni Sərdar Ortaç barəsində hökm çıxarılıb.
Gündəm.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, hökmə əsasən, S.Ortaç 10 ay azadlıqdan məhrum edilib.
***
Türkiyənin hakimlər kollegiyası S.Ortaça oxunan 10 aylıq həbs hökmünün təxirə salınmasına qərar verib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, müğənni məhkəmə prosesi çərçivəsində örnək davranış nümayiş etdirib və bir daha cinayət törətməyəcəyinə söz verdiyi üçün belə bir qərar qəbul olunub.