Image

AFFA Kurban Berdıyevə bu cəzanı verdi

AFFA İntizam Komitəsi "Turan Tovuz"un baş məşqçisi Kurab Berdıyevi 5 oyunluq cəzalandırıb.

Gundem.az xəbər verir ki, buna mütəxəssisin Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində baş tutan "Sabah"la oyunda qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.

Cəzanın 3 oyunluq hissəsi şərtidir. Ona 3 aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib.

Tovuz təmsilçisinin dörd futbolçu sarı vərəqə aldığı üçün 700, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından (bu hal 5-ci dəfə təkrarlanır) 1000 manat ödəməli olacaq.

Həmin qarşılaşmada qırmızı vərəqə alan "Sabah"ın legioneri Pavol Safrankoya bir oyunluq cəza, paytaxt klubuna isə 500 manat cərimə tətbiq edilib.

Xəbər lenti

İrem ana olacaq - FOTO