Image

"Milan" baş məşqçisi ilə yollarını ayıracaq

"Milan"ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubu tərk edəcək.

Gundem.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub rəhbərliyi 2026-cı ilin iyununa qədər müqaviləsi olan portuqaliyalı məşqçi ilə yola davam etmək istəmir.

Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər lenti