Olimpiya çempionumuz AÇ-də mübarizəyə başlayır
Azərbaycanın daha üç cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa
Gundem.az xəbər verir ki, kişilərdən Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.
Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.