Image

Bu ölkə Ukraynaya qoşun yeridəcək: Razılıq verildi

Ölkə hakimiyyəti “istəklilərin koalisiyası”nın tərkibində Ukraynaya bir rota əsgər göndərməyə hazırdır.

Gundem.az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kristin Mixal "ERR" portalına bildirib.

Onun sözlərinə görə, qoşun göndərməzdən əvvəl Estoniya hakimiyyəti ölkə parlamentindən müvafiq mandat tələb edəcək.

“Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir. Rusiya imperializminə qarşı ən yaxşı strateji təminat müstəqil, suveren Ukraynadır”, - Mixal deyib.

O qeyd edib ki, Tallin nümayəndələri hesab edirlər ki, Ukrayna hakimiyyəti üçün təhlükəsizliyin ən yaxşı təminatı Şimali Atlantika Alyansına üzvlük olacaq. /Publika.az

Xəbər lenti