Image

İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib

İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələr yaratmaq və şəbəkə qurmaq məqsədilə qanunsuz fəaliyyət göstərməkdə ittiham edib.Bu barədə “Al Jazeera” nazirliyin açıqlamasına istinadən xəbər verib.

Nazirliyin məlumatına görə, araşdırma zamanı İranda müəyyən şəxslərlə əlaqə yaratmaq, gizli əməkdaşlıq qurmaq, həmçinin ölkə daxilində və xaricində belə əlaqələr şəbəkəsi formalaşdırmaq cəhdlərini təsdiqlədiyi iddia olunan sənədlər aşkarlanıb.

Nazirlik bildirib ki, sənədlərin bir qismində Fransanın İrandakı keçmiş səfirinin imzası olub. Bununla belə, İran tərəfi sənədlərin məzmununu açıqlamayıb və onların konkret hansı fəaliyyəti təsdiqlədiyini bildirməyib.

İran hakimiyyəti diplomatların fəaliyyətini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib və bu cür fəaliyyətə yol verilməyəcəyini bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Qubada zəlzələ olub