Image

Azərbaycan XİN İndoneziyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İndoneziyada baş verən, insan tələfatı və xəsarətlərlə nəticələnən zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.

XİN bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“İndoneziyada insan tələfatı və xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik.

Bu çətin zamanda İndoneziya xalqının yanındayıq”, - paylaşımda bildirilib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Qubada zəlzələ olub