Məşhur rejissor Papa haqqında film çəkir
Dünya şöhrətli kinorejissor Martin Skorseze vəfat etmiş Papa Fransiskin haqqında sənədli film üzərində işləyir.
Gundem.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Məlumata görə, "Aldeas - Yeni hekayə" adlı filmdə Skorsezenin Papa Fransisklə etdiyi söhbətlərin, o cümlədən ona verdiyi son müsahibənin görüntüləri yer alacaq.