Demet Akalının acı günü - FOTO
Türkiyəli müğənni Demet Akalının xalası oğlu dünyasını dəyişib.
Gundem.az xəbər verir ki, müğənni bu barədə sosial media hesabında paylaşım edib.
"Dağ kimi qardaşım Hakan getdi. Xalamın əmanəti getdi" , - Akalın yazıb.
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) olan Hakan Kılıçın mayın 22-dən reanimasiyaya yerləşdirildiyi məlum olub. /Publika.az