Image

"Sabah"ın AL-dəki potensial rəqibləri müəyyənləşdi: Arda Turan Bakıya gələcək?

Azərbaycan kubokunda qalib gələrək tarixində ilk dəfə UEFA Avropa Liqasında (AL) iştirak etmək imkanı qazanan “Sabah”ın potensial rəqibləri müəyyənləşib.

Gundem.az xəbər verir ki, birinci təsnifat mərhələsindən mübarizə başlayacaq “bayquşlar”ın rəqibi “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), “Hapoel” (Byer-Şeva, İsrail), “Çelye” (Sloveniya) və “Spartak”dan (Trnava, Slovakiya) biri olacaq.

Birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.

Qeyd edək ki, “Şaxtyor”un yeni baş məşqçisi türkiyəli mütəxəssis Arda Turandır. /Publika.az

Xəbər lenti