Image

“Mançester Yunayted”in transfer təklifirədd edildi

“Brentford”, “Mançester Yunayted”in Brayan Mbemo üçün ilkin transfer təklifini rədd edib.

Gundem.az xəbər verir ki, mankunianlılar kamerunlu hücumçu üçün 45 milyon funt-sterlinq, üstəgəl daha 10 milyon bonus təklif ediblər. Lakin bu məbləğ “Brentford”u qane etməyib.

İmtina olunsa da, klublar arasında danışıqlar davam edir. "Yunayted" yeni təklif hazırladığından tərəflərin razılığa gələ biləcəyi gözlənilir: 50-55 milyon funt-sterlinq üstəgəl əlavə bonuslar. Məlumatlara görə, danışıqların yeni raundunda həlledici rol oynaya biləcək ödəniş sistemidir.

mövsüm Mbemo bütün turnirlərdə 42 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.

Brayan Mbemo

Xəbər lenti