Image

Bu Afrika ölkəsi “Barselona”nın sponsoru olacaq

“Barselona” Konqo Demokratik Respublikası ilə sponsorluq müqaviləsi imzalamağa yaxındır.

Gundem.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

44 milyon avro dəyərində olan müqavilə 4 illik olacaq.

Hazırda Konqonun idman və istirahət naziri Didye Budimbu Kataloniya klubunun nümayəndələri ilə danışıqlar aparır. Əgər danışıqlar uğurla nəticələnsə, “Barsa”nın məşq formasında “RDC, coeur de l’Afrique” (“DRC, Afrikanın ürəyi”) loqosu görünəcək.

Xatırladaq ki, iyun ayında Afrika ölkəsi “Monako”nun tərəfdaşı olub.

Xəbər lenti