Məşhur hava yolu şirkəti fəaliyyətini dayandırır
Kanadanın ən böyük hava yolu şirkətlərindən biri olan “Air Canada”, uçuş heyətinin tətilə başlaması ilə bütün fəaliyyətini müvəqqəti dayandıracağını açıqlayıb.
Gundem.az xarici mediaya istinadən xəbər verir ki, 10 mindən çox uçuş heyətini təmsil edən Kanada Dövlət İşçiləri İttifaqı (CUPE) ilə razılığa gələ bilməyən şirkət, tətilin yerli vaxtla 01:00-da (08:00 Bakı vaxtı) başlamasından sonra uçuşları dayandıracağını bildirib.
İttifaq sözçüsü Huq Pouliot, “Biz tətil etmək üçün deyil, razılaşma müzakirəsi aparmaq üçün buradayıq”,- sözlərini deyib.
Federal Əmək Naziri Patti Hajdu tərəflərin razılığa gələ bilməməsini qəbuledilməz hesab edərək, Kanadalıların hər iki tərəfin maksimum səylə çalışmasını gözlədiyini vurğulayıb.
“Air Canada” gündə təxminən 700 uçuş həyata keçirir və fəaliyyətin dayandırılması təxminən 130 min sərnişinə təsir göstərəcək.