Məşhur meyxanaçının qızı və nəvəsi Qubada qəzaya düşdü
Quba rayonunda yağan qar səbəbilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub.
BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub.
Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedoqoji fəaliyyət göstərir.

Mənbə: baku.ws