Bağırsağı 7 santimetr kəsilən aktrisa yenidən əməliyyat olundu
Məşhur aktrisa Aslı Bekiroğlu əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, həkim səhvi nəticəsində bağırsağı 7 santimetr kəsilən Aslı yenidən əməliyyat masasına yatmalı olub.
Aktrisanın 7 santimetr bağırsağı mioma əməliyyatı (uşaqlığın əzələlərindən inkişaf edən şişlərin cərrahi yolla çıxarılmasıdır) zamanı səhvən kəsilib.
Hazırda müalicəsi davam edən Aslının səhhətinin yaxşı olduğunu bildirilir.
