Image

Raziyyə Şirinova vəfat edib

Əməkdar artist, xanəndə Raziyyə Şirinova 86 yaşında vəfat edib.Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Raziyyə Şirinova “Lalə” qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildə Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilib, 2005-ci ilə kimi teatrda çalışıb.

Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu , Əmi qızı, “Leyli və Məcnun”da Məcnunun anası və s. rollarda çıxış edib.

2005-ci ildə Azərbaycanın mədəni həyatında böyük xidmətlərinə görə “Prezidentin fərdi təqaüdünə” layiq görülüb. 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb